Giriş. Turizmin inkişafına təsir edən antropogen faktorlarla yanaşı, təbii faktorlarda vardır. Təbii ki, dövrümüzün turizm növlərinin əsas hissəsi təbii turizm ehtiyatlarının istifadəsinə yönəlmişdir. Bu kimi təbii ehtiyatlara relyef, su, landşaft, heyvanat və bitki aləmi və s. daxildir. Bu ehtiyatlar insan yarandığı gündən bu günə kimi sərhədsiz şəkildə istifadə edilmişdir. Hər hansı bir məhdudiyyət olmadan bu ehtiyatların istifadəsi təbiətə ciddi şəkildə zərər vurmuşdur. Bu amillər turizmə olan marağı artırmış, turistlərin təbiətə olan rəğbəti, “ Təbiət turizmi” gəzintisini təşkil etmişdir. Təbii haldır ki, bu da dövlətin ekoloji , mədəni və iqtisadi vəziyyətinə müsbət təsir etmişdir.
İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARIN RELYEFİNİN TURİZMDƏ ROLU
Məsimova İradə Səid qızı (Bakı, Azərbaycan) | Download article